Ölkənin qabaqcıl tütün məmulatları istehsalçısı olan Tabaterra QSC-də tütün məmulatlarının istehsalı və təminatı ilə bağlı hər hansı bir problem yoxdur.

Bu barədə BUTA.TV-a Tabaterra QSC-dən məlumat verilib.

"Qeyd edirik ki, ictimaiyyətdə qiymət artımı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və məhsullarda heç bir qiymət artımı baş verməmişdir", - deyə məlumatda qeyd olunub.