ABŞ nüvə sınağı keçirəcəkmi? - Vaddi açıqladı
ABŞ nüvə sınaqları keçirmək planları yoxdur.
BUTA.TV xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının silahlara nəzarət üzrə baş direktoru Pranay Vaddi deyib.
"Birləşmiş Ştatların hər hansı nüvə sınağı keçirməyə ehtiyacı yoxdur və ya planları yoxdur. Biz CTBT-yə (Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi) və onun qüvvəyə minməsinə güclü dəstəyimizi bir daha bildiririk", - Vaddi bildirib.