Rusiyalı müğənni Alla Puqaçova Rusiyaya qayıdıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Puqaçova bu gün axşam saatlarında Pskov rayonunun sərhəd-keçid məntəqəsində görüntülənib. Müğənninin həyat yoldaşı Maksim Qalkin isə ölkəyə qayıtmayıb.

Qeyd edək ki, Puqaçova Rusiya-Ukrayna müharibəsi başlayandan az sonra ailəsi ilə birlikdə İsrailə köçmüşdü. İsraillə Qəzza zolağı arasında münaqişənin kəskinləşməsindən sonra müğənni Kiprə getmişdi.