Rusiyanın Belqorod vilayəti üzərində Ukraynaya məxsus təyyarə tipli PUA havadan müdafiə sistemləri tərəfindən məhv edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün Moskva vaxtı ilə saat 07:10 radələrində Kiyevin Rusiya ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - məlumatda bildirilib.