Abdullahian HƏMAS lideri ilə danışdı
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.
BUTA.TV xəbər verir ki, bu barədə İran XİN başçısı X hesabında yazıb.
“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığında Qəzza zolağında və İordan çayının qərb sahilində baş verən son hadisələri müzakirə etdik”, - Abdullahian bildirib.