Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti matçını keçirib.

BUTA.TV xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Qazaxıstan seçməsi ilə qarşılaşıb.

Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Yığmamızın qollarını Eşqin Tağıyev vurub.

Azərbaycan millisi üçüncü yer uğrunda mübarizə aparacaq.