Türkiyədə temperatur 95 ilin rekorduna qalxdı
Türkiyədə ötən gün hava temperaturu rekord həddə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, ötən gün saat 15:00-a qədər Bursada hava 31,7°C-yə qalxıb. Bu, 1928-ci ildən bəri noyabr ayı üçün mütləq rekord idi.