Şoumen Vladislav Qalkinin yaydığı görüntülərdən məlum olur ki, müğənni Alla Puqaçova Rusiyadan Latviyaya yollanıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Siquldada (Latviyada şəhər - red) necə də günəşli bazar günü var”, - Qalkin paylaşımında qeyd edib.

Qeyd edək ki, noyabrın 2-də Alla Puqaçovanın Moskvaya getdiyi barədə məlumat yayılmışdı. Oktyabr ayında isə müğənni uşaqları ilə birlikdə İsraili tərk etmişdi.