Gəncə-Toğanalı-Kəlbəcər yolunda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var.

BUTA.TV Report-a istinadla xəbər verir ki, UAZ markalı avtomobilin aşması nəticəsində 1 nəfər dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.