Zəngilanda ağır qəza: 1 nəfər öldü, 4-ü yaralandı
Zəngilan ərazisində pikap tipli avtomobilin yük maşını ilə toqquşması nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, ölən şəxsin 45-50 yaşlarında kişi olduğu bildiilib.
Avtoqəzada, 1995-ci il təvəllüdlü Vüsal İsmayılzadə, Natiq Bayramov, Emin İbrahimov və daha bir nəfər xəsarət alıb.
Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.