Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası, habelə planlı təmir üçün Rusiya Federasiyasına silah və hərbi texnikanın göndərilməsi başa çatıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya MN-in yaydığı məlumatda bildirilir.

“Mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və humanitar hüququn qorunması istiqamətində Bakı ilə davamlı əməkdaşlıq davam etdirilir”, - məlumatda qeyd edilib.