HƏMAS-ın ən mühüm məntəqəsi ələ keçirildi
İsrail ordusu Qəzzanın Beyt-Xanun rayonunda HƏMAS-ın ən mühüm müdafiə məntəqələrindən biri ələ keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Aviçay Adrai deyib.
“Biz HƏMAS-ın ən mühüm müdafiə məntəqəsinə hücum edib, ələ keçirdik. Buradan biz xeyli kəşfiyyat məlumatları əldə etdik”, - deyə bildirilib.
Qeyd edək ki, bundan öncə İsrail ordusu HƏMAS-ın 20 komandirini zərərsizləşdirdiyini açıqlamışdı.