Bakıya bu tarixdə qış soyuğu gələcək
Bakıda və Abşeron yarımadasında hava şəraiti noyabrın 10-dan etibarən kəskin dəyişəcək.
Noyabrın 10-u paytaxtda və yarımadada möhkəm külək əsəcək. Havanın temperaturu gündüz 16 dərəcə, gecə isə 9 dərəcəyədək enəcək. Noyabrın 11-dən küləyin sənginəyəcəyi və havanın temperaturunun isə tədricən yüksələcəyi gözlənilir.