Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində bir ədəd kəllə sümüyü aşkarlanıb.

Bu barədə BUTA.TV-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, noyabrın 7-də Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.