Salyanda quşçuluq sexində yanğın
Salyanda quşçuluq sexində yanğın olub.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Rayonda ümumi sahəsi 1640 m² olan birmərtəbəli quşçuluq sexinin yanar konstruksiyaları 257 m² sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.