HƏMAS Təl-Əvivə raket zərbələri endirdi
HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları ötən gün axşam saatlarında İsrailin paytaxtı Təl-Əvivi yenidən atəşə tutub.
BUTA.TV xəbər verir ki, bu barədə HƏMAS-dan məlumat verilib.
“Əl-Qəssam Briqadaları mülki əhalinin qətliamına cavab olaraq Tel-Əvivə raket zərbələri endirib", - məlumatda qeyd olunub.