Türkiyədə fabrikdə güclü partlayış: yaralılar var
Türkiyənin Hatay şəhərinin İskəndərun rayonunda dəmir-polad fabrikində güclü partlayış olub.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, partlayış nəticəsində fabrikin 13 işçisi yaralanıb.
Partlayışın hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.