Zəfər adı verilən uşaqların sayı açıqlandı
Bu il Azərbaycanda Zəfər adı verilən uşaqların sayı açıqlanıb.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu, cari ilin yanvarın 1-dən noyabrın əvvəlinədək olan müddəti əhatə edir. Belə ki, qeyd olunan müddət ərzində 39 körpəyə Zəfər adı qoyulub.
Qeyd edək ki, 2020, 2021, 2022 və 2023-cü ilin cari dövrünə qədər ümumilikdə 356 uşağa Zəfər adı verilib.