Xəzər keçidli Orta dəhlizin əhəmiyyəti daha da artıb.

BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında deyib.

O bildirib ki, Qarabağdan Əfqanıstana qədər hər yerdə həmrəylik göstərilməlidir:

“Qarabağın azad olunması nəticəsində regionda sülhə bir az da yaxınlaşdıq. Ermənistan öhdəliklərini yerinə yetirsə, bu proses daha da asanlaşacaq”.