Futbol üzrə Türkiyə Super Liqasında XII turun oyunları keçirilir.

BUTA.TV xəbər verir ki, çempionluğa iddialı “Qalatasaray” Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” klubunun qonağı olub və rəqibinə 1:2 hesabı ilə uduzub.

Matçda ilk qolu 14-cü dəqiqədə meydan sahiblərindən Riqoberto Rivas vurub. 35-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Vilfrid Zaha hesabı bərabərləşdirib. 55-ci dəqiqədə isə Didye Lamkel Ze Hatay təmsilçisinə qələbə qazandıran qolun müəllifi olub.

Meydana start heyətində çıxan R.Dadaşov 87-ci dəqiqədə əvəzlənib.

Bu qələbə ilə xallarını 17-yə çatdıran “Hatayspor” 9-cu pilləyə yüksəlib. “Qalatasaray” isə 31 xalla turnir cədvəlinə başçılıq edir.