Gəncədə ağır qəza: 1 ölü, 2 yaralı
Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.
BUTA.TV xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan ZİL markalı yük avtomobili ilə VAZ 2106 markalı minik avtomobili toqquşub. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə yerində polis əməkdaşları cəlb olunub.