Polşanın Baş naziri Mateuş Moravetski parlament seçkilərindən sonra bütün kabineti ilə birlikdə istefa verib.

BUTA.TV xəbər verir ki, Moravetski bu qərarını yeni parlamentin ilk iclasında çıxış edərkən açıqlayıb.

“Parlament adətinə uyğun olaraq, istefa vermək istəyirəm”, - o bildirib.