Fransa Ukraynaya daha silah göndərməyəcək
Fransa hakimiyyəti Ukraynaya daha silah göndərməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Fransa müdafiə naziri Sebastyan Lekornu məlumat verib.
O qeyd edib ki, bundan sonra Ukrayna onun üçün ayrılan 200 milyonluq kreditdən istifadə edərək Fransadakı istehsalçılardan silah ala bilər.
Lekornu qeyd edib ki, ölkəsi Ukraynaya HHM sistemlərinin, PUA əleyhinə sistemlərin, quru qüvvələri üçün artilleriya və nəqliyyat vasitələrinin tədarükünü planlaşdırır.