AB-nin Ermənistanda olan müşahidə missiyası Göyçə bölgəsinə səfər barədə X sosial şəbəkəsində məlumat yayıb, lakin sonra məlumatı silib.

BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.

“AB mənzil-qərargahının mütəxəssisləri Göyçə bölgəsində EUMA patruluna qoşulub. Ümumi təhlükəsizlik və müdafiə siyasəti fəaliyyətdədir və missiyanın gələcəkdə necə fəaliyyət göstərəcəyi müzakirə edilir", - mesajda deyilir.

Missiyanın dərc etdiyi fotoşəkillər onların Zod/Söyüdlü mədənində olublar.

Paylaşımın niyə silindiyi bilinmir.