MİT-dən xüsusi əməliyyat: "Çiya Əhməd" məhv edildi
Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) İraqın Süleymaniyyə şəhərində apardığı xüsusi əməliyyat nəticəsində Qırmızı kateqoriya üzrə axtarışda olan “Çiya Əhməd” kod adlı PKK-nın Kərkük üzrə “rəhbəri” Remzi Avcı zərərsizləşdirilib.
BUTA.TV Türkiyə mediasına istinadən xəbər verir ki, 1992-ci ildə PKK-ya qoşulan Rəmzi Avcı Suriya və İraqda terror fəaliyyətlərində iştirak edib.
Onun həmçinin Türkiyənin Diyarbəkir şəhərində müxtəlif iğtişaşları təşkil etdiyi bildirilib.