Yəməndəki husi (Ənsər Allah) döyüşçüləri İsrailə raket və PUA-larla hücum edir. Sonuncu hücum dünən təşkil edilib.

BUTA.TV xəbər verir ki, bu barədə husileri lideri Əbdülmalik əl-Husi deyib.

O, işğal altındakı Fələstin torpaqlarında və ya xaricində İsrailə hücumların davam edəcəyini bildirib:

“Qırmızı dənizdə İsrail gəmilərini də hədəf ala bilərik”.