ABŞ Qəzzada buna imkan verməyəcək - Harris
Vaşinqton heç bir halda fələstinlilərin Qəzza zolağından məcburi köçürülməsinə və ya bölgənin sərhədlərinin dəyişdirilməsinə icazə verməyəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Kamala Harris Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə Dubayda baş tutan görüşündə deyib.
Vitse-prezident həmçinin Qəzza zolağında münaqişədən sonra planlaşdırma, o cümlədən yenidənqurma, təhlükəsizlik və idarəetmə səyləri ilə bağlı ABŞ-ın təkliflərini müzakirə edib.
Harris vurğulayıb ki, HƏMAS Qəzza zolağına nəzarəti əlində saxlamamalıdır.