Ağadadaş Ağayev oğlu Səbuhi Ağayevin müğənnilikdən uzaqlaşmasının səbəbini bəyan edib.

"BUTA TV" Qaynarinfo-ya istinadla xəbər verir ki, Xalq artistinin övladı dövlət məmuru olmaq üçün səhnə fəaliyyətini dayandırıb.

Müğənninin sözlərinə görə, Səbuhi 4 il onun tələbəsi olub və gözəl səsə malikdir: İnternet mağaza

“Çox gözəl səsi var, amma dövlət məmurudur. Məmur olmamışdan əvvəl toylara gedirdi. Sonra mənə dedi ki, məmur olmaq istəyir. Dedim ki, bunu sənə əvvəldən demişdim, amma məni dinləmədin. İndi gəldin əsas məsələyə, get, məmur ol.

Bizim işin həm yaxşı, həm də ağır tərəfləri var. İstəmədim ki, övladlarım həmin yolu yaşasınlar. Nəvəm Ağadadaş da oxumaq istəyir. Amma nə qədər ömrüm var, onu oxumağa qoymayacağam. Ağadadaş bir dənə olar”.


“İcra nümayəndəsinin bacısı “Flora Baku”nu sökdürməklə hədələyir” - Video - Yenilənib “İcra nümayəndəsinin bacısı “Flora Baku”nu sökdürməklə hədələyir” - Video - Yenilənib