Türkiyə 142 vətəndaşını Qəzzadan təxliyə etdi
Türkiyə vətəndaşlarının Qəzza zolağından təxliyə işləri bərpa edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.
Onun sözlərinə görə, dekabrın 2-də Türkiyə vətəndaşları və onların ailə üzvləri olmaqla ümumilikdə 142 nəfər Qəzzadan Misirə keçirilib. Bu şəxslərin bu gün axşam saatlarında Qahirədən İstanbula gətirilməsi planlaşdırılır.