Polşa Ukraynaya daha 56 ədəd “Krab” özüyeriyən artilleriya qurğusu verəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Polşanın PAP agentliyi məlumat yayıb.

Bildirlib ki, bu qurğuların 56-nın təhvil verilməsi ilə bağlı Kiyev və Varşava arasında müqavilə də imzalanıb.

Qeyd edək ki, Ukraynada irimiqyaslı müharibədən bəri Polşa Kiyevə 18 ədəd “Krab” özüyeriyən artilleriya qurğusu verib.