DİN-dən Qəbələdəki insidentlə bağlı açıqlama
Polis əməkdaşı ilə vətəndaş arasında olan insident araşdırılır.
BUTA.TV-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib. Məlumata əsasən, hadisə dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.
Qeyd edək ki, Qəbələnin Vəndam qəsəbəsində polisin yeniyetməyə şiddət göstərdiyi anı əks etdirən görüntülər yayılıb.