Yəmənin Ənsar Allah hərəkatının husi üsyançıları Bab əl-Məndəb boğazında iki İsrail gəmisinə raket və pilotsuz uçan aparatla hücum edib.

BUTA.TV xəbər verir ki, bu barədə qruplaşmanın məlumatında deyilir

“Bu səhər Yəmən Hərbi Dəniz Qüvvələri Bab əl-Məndəb boğazında iki İsrail gəmisinə - “Unity Explore” və “Number 9”a qarşı əməliyyat keçirib”, - deyə bildirilib.

Qeyd edək ki, bundan öncə husilər Britaniya və ABŞ gəmirlərinə hücum təşkil etmişdi.