Erməni ordusunun əsgəri güllə yarası alıb.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hadisə gecə saat 02:50 radələrində hərbi hissələrdən birində baş verib. Əsgərin vəziyyəti stabil və ağır qiymətləndirilir, həyatı üçün təhlükə yoxdur”, - məlumatda deyilir.

Qeyd olunur ki, hadisənin başvermə şəraitinin tam müəyyən edilməsi üçün araşdırma aparılır.