ABŞ hökuməti Vaşinqtonun dondurduğu maliyyə aktivlərinin məsələsi ilə bağlı İrana bütün zəmanətləri verib.

BUTA.TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

​“Amerika hökuməti İranla bağlanmış müqavilədən irəli gələn öhdəliklərə əməl etməlidir. Maliyyə resursları İran hökumətinin ixtiyarındadır və biz onlardan ehtiyaclarımıza uyğun istifadə edə bilərik”, - o bildirib.

Qeyd edək ki, Amerika mediasında yayılan məlumata görə, ABŞ Qətərlə razılaşıb ki, İrana məxsus olan və məhbus mübadiləsi sazişi çərçivəsində bərpa edilmiş 6 milyard dollar hələlik Tehrana verilməyəcək.