Ceyhun Bayramov Rusiyaya səfər etdi
Dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.
Bu barədə BUTA.TV-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfər zamanı onun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.