Ermənistan ordusunun bu gün daha bir əsgəri güllələndi
Dekabrın 4-də saat 14:35 radələrində Ermənistanın ordusunun Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərində N saylı hərbi hissəsinin zabiti Arakelyan Gerasim Avetikoviç ölümcül güllə yarası alıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.
İddia edilib ki, guya G.Arakelyan “düşmən atəşi” nəticəsində ölüb.
Qeyd edək ki, bu gün erməni ordusunun daha bir əsgəri güllə yarası almışdı.