2024-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələri sualtı qayıqlarını suüstü hədəfləri vurmaq üçün nəzərdə tutulmuş “Tomahavk” raketləri ilə silahlandıracaq.

​BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” layihənin rəhbəri, kapitan Con Hersiyə istinadla məlumat yayıb.

“Bu, ABŞ-ın dənizlərdə Çinə qarşı mübarizə proqramının inkişafında növbəti addım olacaq. Raketlər 2024-cü il oktyabrın 1-dən “Los-Anceles” və “Virciniya” sinifli sualtı qayıqlarda yerləşdiriləcək. Onlar orta hesabla 12-dən 40-a qədər raket daşıya biləcəklər”, - Hersi bildirib.

Bakıda sürətlə yayılan Çin avtomobilinə QADAĞA: sürücüləri nə gözləyir? Bakıda sürətlə yayılan Çin avtomobilinə QADAĞA: sürücüləri nə gözləyir?