Motosiklet yük maşını ilə toqquşdu: ölən var
Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində "Mersedes" markalı yük avtomobili motosikletlə toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qızın görüntülərini yayıb cinsi azlıq olduğunu dedilər - Keçmiş rəhbərindən şübhələnir