Rusiyanın Londondakı səfiri Andrey Kelin Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.

“Rusiyanın təhlükəsizlik xidməti - FTX Britaniyanın siyasi prosesinə daim müdaxilə etmək cəhdində ittiham olunur. Bununla bağlı Rusiyanın Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb”, - məlumatda deyilir.

Britaniyanın xarici işlər nazirinin müavini Leo Dokertiyə istinadən qeyd olunur ki, FTX yüksək rütbəli siyasətçilərin və dövlət qulluqçularının şəxsi danışıqlarını təhlükə altına qoyub.

Ada Süleymanın öldüyü qəzanın təfərrüatı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı