Rusiya kamikadze PUA-sı ilə kimya zavoduna zərbə endirdi
Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində ardıcıl güclü partlayışlar baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna media resursları məlumat yayıb.
Bildirilib ki, Rusiya ordusu bir neçə “Qeran-2” (Şahid-136) kamikadze PUA-sı ilə şəhərdəki kimya zavoduna zərbə endirib.
Pavloqradda hava həyəcanı siqnalı elan edilib.