İran Moskva ilə əməkdaşlıq edərək Rusiya istehsalı olan silahları əldə etmək niyyətindədir.

BUTA.TV xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji əlaqələr üzrə koordinatoru Con Kirbi deyib.

O bildirib ki, söhbət Rusiyanın bəzi mürəkkəb müdafiə texnologiyasından – hərbi helikopter, sabiq qanadlı uçan aparatlar, qanadlı və ballistik raketlərdən gedir.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putində Moskvanın Kreml Sarayında 5 saatdan artıq görüş keçirib.