Dünyanın neft bazarında alıcı qıtlığı müşahidə olunur. Bu da birjalarda neftin qiymətinin ucuzlaşmasının əsas səbəbidir.

Bu sözləri BUTA.TV-a ekspert İlham Şaban deyib.

Ekspertin sözlərinə görə, dünya bazarında neftin qiyməti 74-75 ABŞ dollara qədər geriləyib:

“Bu da onunla əlaqədardır ki, bazara çıxarılan neftin həcmi çox, tələb isə azdır”.

İ.Şaban qeyd edib ki, bu ilin dekabrın əvvəlində OPEC+ çərçivəsində görüşdə 2024-cü ildə neft hasilatının azaldılması ilə bağlı qəbul edilmiş qərarın qüvvədə saxlanılması razılaşdırılıb:

“Bu qərarın qüvvədə saxlanılması dünya bazarında neftin ucuzlaşmasının qarşısını alacaq”.

Ekspert əlavə edib ki, bu ilin sonuna qədər neftin illik orta qiyməti 84 ABŞ dolları proqnozlaşdırılıb.