İranın Xorasan vilayətində yerləşən neftayırma zavodunda yanğın baş verib.

BUTA.TV xəbər verir ki, yanacaq saxlamaq üçün ayrılmış anbarda baş verən yanğın tez bir zamanda ətrafa yayılıb. Hadisə yerinə 5 yanğınsöndürən avtomobili və xilasedicilər gəlib.

Ölən və yaralananlar barəsində hələlik məlumat yoxdur.

Xüsusi xidmət orqanları araşdırma aparmağa başlayıb.