İsveç generalı Donbasda cəbhə xəttinə yollandı - Video
İsveç Silahlı Qüvvələrinin Baş Komandanı, general Mikael Byuden Ukrayna ordusunun 45-ci artilleriya briqadasının Donbasdakı mövqelərinə baş çəkib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilib ki, 45-ci briqadanın mövqeləri hazırda Svatovo, Liman və Baxmut istiqamətində yerləşir.
Qeyd edək ki, Byuden təmas xəttinə bu qədər yaxınlaşan ilk yüksək rütbəli Qərb siyasətçisidir.