Ukrayna şəhərində Rusiya bayrağı ucaldıldı - Foto
Rusiya silahlı qüvvələri Ukraynanın Donetsk vilayətinin Marinka şəhərində Rusiya bayrağını ucaldıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı RT telekanalı görüntülər paylaşıb.
Bildirilir ki, hazırda Rusiya hərbçiləri ələ keçirdikləri mövqelərdə möhkəmlənir.
Qeyd edək ki, təxminən 10 gün öncə rus qoşunları sözügedən şəhəri tamamən ələ keçirmişdi.