Münaqişədən sonra Ermənistanla normallaşma əlaqələrinin yaranmasında tarixi fürsət var.

BUTA.TV xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə sabitliyin qorunmasının əsas faktorudur:

“Region ölkələri arasında münasibətlər qurulmalıdır. Ermənistan tərəfi də eyni yanaşma ilə addımlar atacaq və belə olan təqdirdə müsbət nəticələr əldə etmək real görünür”, - nazir qeyd edib.