Bu münaqişənin həlli üçün işləməyə davam edəcəyik
G7 Yaxın Şərqdəki vəziyyətin nizamlanması istiqamətində fəaliyyətini davam etdirəcək.
BUTA.TV xəbər verir ki, bunu Romada açılacaq İtaliya səfirlərinin konfransına videomüraciət göndərən ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Biz İtaliyanın G7-yə sədrliyi ilə beynəlxalq səviyyədə fayda gətirəcək konkret öhdəlikləri ehtiva edən bir gündəm üzərində işləyəcəyik. Yaxın Şərqdəki münaqişənin həlli üçün işləməyə davam edəcəyik”, - Blinken qeyd edib.