İsrail ordusu Qəzza zolağının şimalında HƏMAS-ın əsas qalalarından birini - Cəbəliyyə bölgəsini tam nəzarətə götürüb

BUTA.TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin 162-ci diviziyasının komandiri, briqada generalı İtzik Koen bildirib.

"Biz orada yüzlərlə terrorçunu öldürdük və 500-ə yaxın terrorçu şübhəlini həbs etdik, onların bəzilərinin oktyabrın 7-də baş verən hadisələrdə əli olub", - Koen vurğulayıb.

Koenin sözlərinə görə, onun bölməsinin döyüşçüləri Qəzza şəhərinin şimalında HƏMAS briqadasının hərbi potensialını məhv ediblər.