İsrail qırıcılarının sutka ərzində Qəzzaya aviazərbələr endirməsi nəticəsində azı 100 nəfər ölüb.

BUTA.TV xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumun məlumatında görə, hücumlarda yüzlərlə insan xəsarət alıb. Bildirilib ki, hərbi əməliyyatlar anklavın faktiki olaraq bütün ərazilərində qeydə alınır.