Rusiya ordusu bu gecə Ukrayna ərazisinə 19 “Şahid” PUA-sı ilə hücum edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, hücumun istiqaməti Odessa, Xerson, Dnepropetrovsk vilayətləri olub.

Ukrayna ordusu Rusiyaya məxsus 18 PUA-nı məhv edib.